Azərbaycanın ilk və yeganə qanuni idman mərc oyunu “Topaz”ın virtual satış agenti olan “eTopaz”ın bu gün 10 yaşı olur.
Şirkətin əsas məqsədi oyunçuların qazanc əldə etməsini, keyfiyyətli xidmət və etibarlı mərc bazarının yaradılmasını təmin etməkdi. “eTopaz” uduşların ödənilməsinə tam zəmanət verir və dövlət təminatlıdı.
10 il ərzində ölkənin aparıcı onlayn mərc platformasına çevrilən şirkət bir çox layihələrdə iştirak edib. Altay Əliyevin rəhbəri olduğu qurum Azərbaycan Respublikasının təşkil etdiyi müxtəlif kampaniyaların iştirakçısı olub.
Dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondu yaradılıb. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq verdiyi ianələr əsasında formalaşır. Ölkənin yeganə qanuni mərc oyunları operatoru olan “eTopaz” da "YAŞAT" Fonduna dəstək məqsədilə 2020-ci il dekabrın 25-dən özəl müştəriləri üçün yeni kampaniyaya start verib. İndiyədək aktiv fəaliyyət göstərən müştərilərinə doğum günlərində müxtəlif hədiyyə və bonuslar verən “eTopaz” bundan sonra onları xeyirxah bir təşəbbüslə sevindirib: VİP müştərilərin doğum, həmçinin xüsusi günlərdə və bayramlarda onların adından "YAŞAT" Fonduna ianələr köçürülüb və bunu təsdiqləyən sertifikat “eTopaz tərəfindən həmin müştəriyə təqdim olunub. Şirkətin "YAŞAT" Fonduna köçürdüyü ianənin ümumi məbləği 10 min manata çatıb. Kompaniya bu məbləğə 1 ay ərzində çatıb. 98 müştərinin adından "YAŞAT" Fonduna ianə köçürüb. 2021-ci ilin martında isə bu məbləğ 20 mini keçib.
Bundan əlavə, şirkət Yeni il və Novruz bayramları münasibətilə izləyicilərini sevindirib. 2022-ci ilə fırtana kimi başlayan şirkət 2 ay ərzində 2 kampaniya ilə müştərilərinə xidmət göstərib. “Başlanğıc Bonusu” adlanan təklifdən insanlar yararlanaraq oyun həyəcanından daha da həzz alıblar. Şirkət 1 ay ərzində hər həftənin bazar ertəsi və cümə günləri 40 manat və üstü depozitə 15 faiz bonus hədiyyə edib. “Fevral Bonusu” kampaniyasında isə hər bazar ertəsi və cümə 50 manat və üstü depozit edənlər 15 faiz bonus qazanıblar.
10 il ərzində öz müştərilərini sevindirən, Azərbaycanın dəyərlərinə hörmət edən “eTopaz”ı yubleyi münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.
İLKİN SULTANLI