• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİFA və UEFA Rusiya komandalarını bütün turnirlərdən kənarlaşdırdı!

Dünya futbolu

1-03-2022, 14:0

Rusiyanın Ukraynaya hərbi təcavüzü bu ölkənin futboluna növbəti zərbələr vurub.

UEFA-dan sonra FİFA da şimal qonşumuza sanksiyalar tətbiq edib. Sanksiyaları xronoloji ardıcıllıqla nəzərinizə çatdırırıq.
Ali futbol təşkilatı fevralın 27-də Rusiya ərazisində beynəlxalq turnirlərin keçirilməsinə qadağa qoyub. Rusiyanın bütün yığmalarının ev oyunlarının neytral meydanda və azarkeşsiz təşkil olunacağı bildirilib. Qərara əsasən, bu ölkəni təmsil edən komanda istənilən yarışda Rusiya deyil, “Rusiya Futbol İttifaqı” (RFU) adı altında iştirak etməlidi. Rusiya komandalarının iştirak etdiyi matçlarda Rusiya bayrağı və ya himnindən istifadə də qadağan edilib.
FİFA-nın qərarı ilk növbədə Polşa Futbol İttifaqının (PFİ) narazılığına səbəb olub. PFİ ölkə yığmasının Rusiya millisi ilə neytral meydanda belə oynamayacağını bəyan edib. Məsələ ondadı ki, Polşa yığması DÇ-2022-nin pley-off mərhələsinin Rusiya ilə oyunundan imtina edib. PFİ-nin prezidenti Tsezari Kuleşa bazar günü özünün “tvitter” səhifəsində Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu ölkənin yığması ilə görüşmək niyyətində olmadıqlarını yazıb:

“Bu, yeganə düzgün qərardı. Artıq FİFA ilə ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq”.

Qeyd edək ki, pley-off mərhələsinin Rusiya və Polşa arasındakı yarımfinal oyunu martın 24-nə planlaşdırılıb. UEFA artıq cümə günü bu matçın neytral meydanda keçiriləcəyinə qərar vermişdi. Yeri gəlmişkən, Polşa millisinin kapitanı Robert Levandovski PFİ-nin mövqeyini dəstəkləyib:

“Bu, doğru qərardı! Hazırkı vəziyyətdə Rusiya ilə oyunu təsəvvür edə bilmirəm. Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik”.

Polşadan sonra rusların pley-offun finalındakı potensial rəqibləri sayılan İsveç və Çexiya yığmaları da ruslarla oyundan imtina edib. Artıq İsveç və Çexiyanın futbol qurumları da Rusiyanın DÇ-2022-nin pley-off mərhələsindən kənarlaşdırılması xahişi ilə FİFA-ya müraciət ediblər. Polşanın idman naziri Kamil Bortniçukun bu gün və ya sabah Sürixdə təşkilatın prezidenti ilə görüşü planlaşdırılmışdı. Onun Canni İnfantinonu Rusiya ilə pley-off matçının ləğvinin mövcud vəziyyətdə ən doğru addım olduğuna əmin etməyə çalışacağı bildirilmişdi.

Lakin onun bu cəhdinə ehtiyac qalmayıb. Çünki FİFA və UEFA dünən axşam saatlarında Rusiya komandalarının bütün turnirlərdən kənarlaşdırılmasına qərar verdi! Başqa sözlə, bu ölkənin klub və yığma komandaları qarşıdakı beynəlxalq yarışlarda iştirak hüququnu itirib.
Bu arada ruslarla oynamaq istəməyən ölkələrin sayı da artıb. İngiltərə, Uels, Norveç və Albaniyanın futbol qurumları Rusiyanın istənilən komandasına qarşı matçları boykot qərarı veriblər.

Ruslar üçün daha bir arzuolunmaz xəbər Almaniyadan gəlib. “Şalke-04” rəhbərliyi Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığı dayandırıb. Bu haqda Helzenkirhen klubunun saytı məlumat yayıb. Klub müqaviləni vaxtından əvvəl ləğv etdiyini açıqlayıb. “Şalke-04” yeni titul sponsorunun adının tezliklə açıqlanacağını da bəyan edib.

Oxunub: 397
Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-02-2022, 01:0

FİFA-dan Rusiya millisinə şok cəza

Dünya futbolu

22-03-2022, 15:0

İAM rusların şikayətini növbəti dəfə geri çevirdi

Dünya futbolu

26-02-2022, 23:0

Levandovski PFİ-nin qərarını dəstəklədi

Dünya futbolu

5-05-2022, 11:0

Rusiya UEFA-dan ayrılır

Dünya futbolu

1-03-2022, 11:0

Rusiya millisi bütün turnirlərdən uzaqlaşdırıldı

Dünya futbolu

17-03-2022, 14:0

İAM rusların şikayətini geri çevirdi

Aktual
Ponomaryov millinin fiaskosunu çempionatın səviyyəsinə “bağladı”
De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək
"Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini göstərdik"
“İmarət” Tayfa” “Qalatasaray”ın dəstəklənməsini düzgün saymır
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
"Qarabağ"dan "Qalatasaray"a cavab: "Yenidən bir araya gələcəyimizə ümid edirik"
Son xəbərlər
  • Bu gün, 19:30
    Abramoviçə ittiham irəli sürüldü
  • Bu gün, 19:17
    Retegi Mançiniyə bir qədər Batistutanı xatırladır - ARAŞDIRMA
  • Bu gün, 18:56
    İcraiyyə Komitəsinin üzvləri De Byazinin şəninə təriflər yağdırırdı…
  • Bu gün, 18:24
    Şəhid övladı Avstriya və İsveçdən müsbət təəssüratla qayıdıb
  • Bu gün, 17:57
    Makdevid 140-ı da arxada qoydu
  • Bu gün, 17:26
    "Sumqayıt" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 17:15
    FİFA klublara ödəniləcək təzminatın məbləğini artırdı
  • Bu gün, 16:54
    Son çempion debütanta evdə məğlub oldu - ŞƏRH
  • Bu gün, 16:23
    “Turan Tovuz”un legioneri zədələndi
  • Bu gün, 16:02
    O, “Barselona”ya dönmək üçün fədakarlığa hazırdı
  • Bu gün, 15:41
    Cüdoçularımız uğursuz start götürüblər - "Böyük dəbilqə"
  • Bu gün, 15:20
    “Ginnesin Rekordlar Kitabı”na düşə bilər
  • Bu gün, 15:09
    “Maksimum 65-70 dəqiqə oynamağa gücümüz çatır” - MÜSAHİBƏ
  • Bu gün, 14:58
    “Çox oyun keçirən futbolçulara fərqli yanaşma, hörmət olmalıdı” - Ağasəlim Mircavadov
  • Bu gün, 14:47
    “Avstriya və İsveçə qarşı oyunlar göstərdi ki, yığmamızda ciddi çatışmazlıqlar var” - Aslan Kərimov
  • Bu gün, 14:36
    “Turan Tovuz” və “Sumqayıt”ın heyətləri
  • Bu gün, 14:25
    Ponomaryov millinin fiaskosunu çempionatın səviyyəsinə “bağladı”
  • Bu gün, 14:04
    Samir Əliyev funksional hazırlıqdan narazıdı: “U-21-ə yeni oyunçular qazandırmağa çalışacağıq"
  • Bu gün, 13:21
    De Byazinin düşüncələrinin iflası - TƏHLİL
  • Bu gün, 13:10
    Taekvondoçularımız açıq Avstriya çempionatında iştirak edəcəklər
  • Bu gün, 12:49
    Polisləri erməni təxribatı ilə bağlı AFFA-nın əməkdaşı “ayıldıb” - AÇIQLAMA
  • Bu gün, 12:38
    De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək
  • Bu gün, 12:27
    Rəqiblər öz işində, “CBC Sport” baş ağrıdır.. - KÖŞƏ
  • Bu gün, 12:06
    Messinin adı əbədiləşdirildi
  • Bu gün, 11:55
    Millimizin 8 cüdoçusu mübarizəyə başlayır - "Böyük dəbilqə"
  • Bu gün, 11:34
    "Araz Naxçıvan"ın tarixi qələbəsi - VİDEO
  • Bu gün, 11:03
    “Turan Tovuz” – “Sumqayıt” oyununa VAR təyinatları
  • Bu gün, 10:52
    “Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb
  • Bu gün, 10:31
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:00
    Ferqyuson ilə Venger Şöhrət zalında
  • Dünən, 23:54
    “Saatlı bomba” işə başladı! - TƏHLİL
  • Dünən, 23:46
    “Fənərbaxça”nı seçmədim, çünki “Qalatasaray”a söz vermişdim”
  • Dünən, 23:30
    Fransa yığmasının yeni kapitanı var: Mbappe komandanın lideri ola biləcəkmi?
  • Dünən, 23:15
    “Qalatasaray” Bakıda gördüklərindən sonra TFF-yə üz tutacaq
  • Dünən, 22:51
    Pirlo “Yuventus”a qayıtmağın əleyhinə deyil
Daha çox
Oxunub: 4 169
Mahir Emrelinin ailə münaqişəsinin ŞOK DETALLARI
Oxunub: 1 918
“Bavariya”nın “elçi” düşdüyü, AFFA-nın maraqlanmadığı Renat - KÖŞƏ
Oxunub: 992
Maşallah Əhmədov: “Bəlkə atasına görə Musaya qarşı belə münasibət gösrərirlər?”
Oxunub: 841
Avropa və dünya çempionu Türkiyə ilə oyunda erməniləri dəstəkləmək üçün İrəvana gəldi
Oxunub: 724
Ermənilər Türkiyəyə məğlubiyyətə görə ukraynalını günahlandırır
Oxunub: 722
"Qarabağ" - "Qalatasaray" oyununa gələcək azarkeşlərin nəzərinə!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə