Bu gün Gəncə futbolunun inkişafında əvəzsiz rolu olan, neçə-neçə oyunçuları yetişdirən uşaq məşqçisi Konstantin Abramenkonun (Дядя Костя) stadionunun açılışı olacaq.
Etibarlı mənbədən “Football-plus.az” saytına ötürülən məlumata görə, açılışda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Regional Futbol Federasiyası İctimai Birliyinin sədri İsgəndər Cavadov və gəncəli veteranların iştirakı planlaşdırılıb.
Mənbəmizin sözlərinə görə, Abramenkonun tanınmış tələbələrinin tədbirə dəvət olunmaması veteranlar arasında narazılıq doğurub. Maşallah Əhmədov, Asif Əliyev, Yunis Hüseynov, Nurəddin Əliyev kimi ölkə futbolunda sözünü demiş veteranların əvəzinə açılışa AFFA-nın fərqli departamentlərində çalışan gənclər Bakıdan Gəncəyə aparılıb.
RƏŞAD