Ölkə çempionatının 17-ci turu çərçivəsində keçirilən “Keşlə” – “Qarabağ” matçı qolsuz bərabərliklə başa çatıb.
Football-plus.az" saytının məlumatına görə, matçdan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnlistlərin suallarını cavablandırıb.
- Sabah Emil Balayevin klubu tərk edəcəyi deyilir...
- Belə ehtimal var. Sabah günorta saatlarında dəqiq bilinəcək.
- Bu gün daha çox yerlilər oynadı. Bundan sonra da belə olacaq?
- Özlərindən asılıdı. Hər zaman çalışırıq ki, şans yaradaq hamıya. Daha çox birlikdə oynamalıdılar, oyun təcrübələri çox olmalıdı. Qarşıdakı oyunlarda da onları yenidən meydanda görə bilərik. Hər şey özlərindən asılıdı.