“Tottenhem” yayda “Atalanta”dan icarəyə götürülən Kristian Romeronun transfer hüququnu alıb.
Bunu London klubunun baş məşqçisi Antonio Konte yerli mediaya açıqlamasında bildirib. İtaliyalı mütəxəssis 23 yaşlı müdafiəçinin icarə müqaviləsindəki satınalma bəndindən istifadə etdiklərini deyib.
Başqa sözlə, “Tottenhem” argentinalı futbolçu üçün “Atalanta”ya 55 milyon avro ödəyib. Kristian bu mövsüm premyer-liqada zədə səbəbindən yalnız 12 oyunda meydana çıxıb.