Kriştiano Ronaldo bu il “Mançester Yunayted”dəki qeyri-məhsuldar çıxışının səbəbini tapıb.
O, bununla əlaqədar komandanın baş məşqçisi Ralf Ranqniklə görüşüb. “The Athletic” qəzetinin yaydığı xəbərə görə, 37 yaşlı futbolçu görüş zamanı oyunun təşkili ilə bağlı xahişini səsləndirib. Ronaldo Ranqnikdən iki hücumçulu taktikaya qayıtmasını istəyib.
Qeyd edək ki, Ronaldo ötən yay MY-yə qayıdanda komanda belə sxemlə oynayırdı. Lakin Pol Poqba sıraya dönəndən və Meyson Qrinvudla bağlı qalmaqaldan sonra “Yunayted” 4-3-3 sxeminə keçib.