Fransa çempionatında 26-cı turun oyunları keçirilib.
"Sent Etyen"lə matç PSJ-nin futbolçusu Kilian Mbappe üçün əlamətdar olub.
O, qarşılaşmada dubl edib. Hücumçu komandanın heyətində 156-cı dəfə fərqlənib. Bununla da Mbappe Paris təmsilçisində vurduğu qolların sayına görə Zlatan İbrahimoviçə çatıb. İbrahimoviç buna 180-ci, fransalı oyunçu isə 205-ci görüşündə nail olub.