Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Dinamo" səfərdə "Osiyek"lə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub. Beləliklə, meydan sahibləri Zaqreb təmsilçisini 2 xal qabaqlayaraq liderliyə yüksəlib. Millimizin hücumçusu bu görüşün iştirakçısı olmayıb.
Qeyd edək ki, "Dinamo" 50 xalla 2-ci pillədə qərarlaşıb.