“Qarabağ”ın futbolçusu Kevin Medina Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarında ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda UEFA-nın rəsmi saytı xəbər yayıb. Kolumbiyalı müdafiəçinin "Marsel"ə 0:3 hesabı ilə məğlub olduqları matçda 73 ötürməsi dəqiq alınıb.
Kevin Medina bu nominasiyada üçüncü olub. O,“Seltik”in formasını geyinən Stiven Uelş (83) və onun komanda yoldaşı Karl Starfeltdən (97) geri qalıb.
"Qarabağ"ın digər legioneri Abdullah Zubir cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridi. 31 yaşlı yarımmüdafiəçinin Fransa klubu ilə matçdakı cəhdlərinin 3-ü dəqiq alınıb. Birinci pillədə Çexiyanın “Slaviya” (Praqa) komandasından Srcan Plavşiç qərarlaşıb.