Polşada keçirilən “Açıq Avropa” turnirinin ilk günündə cüdoçularımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
"Football-plus.az" saytının məlumatına görə, Əhməd Yusifov (60 kq) final qarşılaşmasında Avstraliya təmsilçisi Coşua Katza qalib gəlib.
Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Rövşən Əliyev isə bürünc medal uğrunda həmyerlimiz Nazir Talıbovla qarşılaşıb. Görüşün sonunda Rövşən Əliyev bürünc medal qazanıb.
İki Azərbaycan cüdoçusu - İsmayıl İbrahimov və İbrahim Əliyev 66 kq çəki dərəcəsinin final görüşündə üz-üzə gəlib. İbrahim Əliyev qızıl, İsmayıl İbrahimov isə gümüş medalları bölüşdürüblər.
Qeyd edək ki, Azərbaycan yarışın ikinci günündə oğlanlar arasında 81 kq, 90 kq və +100 kq çəki dərəcələrində ümumilikdə 5 idmançı ilə təmsil olunacaq.