Konfrans Liqasında (KL) həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyada “Lester”in yarımmüdafiəçisi Ceyms Meddison qalib gəlib. O, UEFA-nın saytında keçirilən səsvermədə Ola Solbakken (Bude/Qlimt), İra Sor (Slaviya) və Eli Dasanı (Vitess) qabaqlayıb.
Qeyd edək ki, Meddison KL-in pley-off mərhələsinin “Ranners”lə cavab matçında komandasının 3:1 hesablı qələbəsində 2 qol vurmaqla rol oynamışdı.