Ukrayna yığmasının Rusiya ilə müharibəyə görə üzləşdiyi problem yoluna qoyulub.
Qeyd edək ki, məlum səbəbdən Ukraynada hərbi vəziyyət elan edilib. Buna görə UEFA Rusiya və Ukrayna komandalarının ev oyunlarının neytral meydanda təşkilinə qərar verib. Ukrayna millisi ev oyunlarını Polşada keçirəcək. Bu barədə Polşa Futbol İttifaqının prezidenti Tsezari Kuleşa bildirib. O, məsələ ilə əlaqədar özünün “tvitter” səhifəsində paylaşım edib. Kuleşa artıq bununla bağlı Ukrayna Futbol Assosiasiyasından olan həmkarı Andrey Pavelko ilə danışıq aparıldığını qeyd edib:
“Mən öz adımızdan ehtiyac olarsa, Ukrayna yığmasının ev oyunlarını qəbul edə biləcəyimizi söylədim. Qarşı tərəf təklifimizi qəbul etdi”.