UEFA İlə Rusiyanın “Qazprom” şirkəti arasında sponsorluq müqaviləsi ləğv oluna bilər.
Bilindiyi kimi, qitə futbol təşkilatı artıq Çempionlar Liqasının builki finalının Sankt-Peterburq şəhərindən alınaraq Parisə verilməsi ilə bağlı qərar çıxarıb. Bu qərar Rusiyanın narazılığına səbəb olub. UEFA Ukraynaya hərbi hücum səbəbindən belə qərar verib.
Böyük Britaniyada çıxan “The Guardian” nəşrinin yazdığına görə, UEFA artıq “Qazprom”la müqavilənin ləğvi məsələsini nəzərdən keçirir. Məlumatda tərəflər arasında 2018-21-ci illəri əhatə edən əməkdaşlığın UEFA-ya ilə 40 milyon avro qazanc gətirdiyi bildirilib. Xatırladaq ki, tərəflər ötən il əməkdaşlığı daha da genişləndirib. İndi “Qazprom” UEFA-nın bütün yarışlarına sponsorluq edir.