“Hər məşqçi həmin anda belə ani qərar vermək bacarağına malik deyil. Qurban Qurbanov bir daha dünyaya göstərdi ki, millət olaraq düzgünlüyün, ədalətin tərəfdarıyıq”.
Bu sözləri “Futbol+”ə açıqlamasında Aftandil Hacıyev deyib. “Səbail”in baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-offunun “Marsel”lə Bakıda keçirilən cavab matçıda etdiyi “feyr-pley”i dəyərləndirib. Təcrübəli mütəxəssis həmkarının hərəkətinin hər kəs üçün ibrət alınacaq hadisə olduğunu dillə gətirib:
“Məncə, peşəkarlıqdan daha çox insanlıq önəmli amildi. Hakim də insandı. Onun üzündən əlacsız və necə köməyə ehtiyacı olduğunu sezmək çətin deyildi. Bu qərar bir hakimin peşəsinə zərbə dəyməsin deyə nümayiş olunan ən gözəl peşakarlıq nümunəsi idi. O anda nə düşünəcəyimi, hansı qərarı verəcəyimi deyə bilmərəm. Ancaq onu söyləyə bilərəm ki, bu, hər birimiz üçün ibrət alınası bir hadisə idi”.