• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ölkəmizdə cüdonun yaradılmasının yubileyi qeyd olunacaq - RƏSMİ

İdman

26-02-2022, 14:0

2022-ci ildə Azərbaycanda cüdonun yaranması və inkişafının 50 illiyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) fəaliyyətinin 30 illiyi qeyd olunacaq.

Federasiyanın mətbuat xidmətindən "Futbol+"ə verilən məlumata görə, bu barədə ACF-nin vitse-prezidenti Elnur Məmmədli və baş katibi Rəşad Rəsullunun Beynəlxalq Cüdo Federasiyasının (IJF) baş direktoru Vlad Marinesku ilə görüşündə bildirilib.

Yubileylə əlaqədar birgə tədbirlərin keçirilməsi qərara alınıb.

Marinesku Azərbaycan kimi dünyanın aparıcı cüdo ölkəsinin təmsilçilərini IJF-nin Macarıstanın paytaxtı Budapeştdəki mənzil-qərargahında salamlamaqdan böyük məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, iki qurum arasında çoxillik əməkdaşlıq mövcuddu:

"2009-cu ildən Azərbaycanda demək olar ki, hər il IJF-nin aparıcı turnirlərindən biri təşkil edilib. Qurum həmçinin Azərbaycanda cüdonun inkişafı ilə bağlı müəyyən layihələrə dəstək verib".


Marinesku Azərbaycanda bu idman növünün daha da inkişaf etidirlməsi ilə bağlı birgə layihələrin müəyyənləşdilməsi baxımından görüşün mühüm əhəmiyyətini vurğulayıb.

Məmmədli isə öz növbəsində dünya cüdosunun əsas mərkəzində olmaqdan və görüş üçün imkanın yaradılmasından məmnunluq ifadə edib. O, görüş nəticəsində təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Daha sonra IJF və ACF arasında əməkdaşlıq imkanları, Azərbaycanda cüdonun inkişafı istiqamətində birgə layihələr və geniş beynəlxalq təcrübənin ölkədə tətbiqi məsələləri müzakirə edilib. ACF rəsmiləri Azərbaycanda cüdonun populyarlaşdırılması və kütləviləşdirilməsi istiqamətində həyata keçirilən, planlaşdırılan tədbirlər barədə məlumat verib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Cüdonun idman növü kimi inkişafında ən açar rol oynayan məşqçilər heyətinin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində qarşılıqlı əməkdaşlıqda artıq real addımların atıldığı vurğulanıb. Bildirilib ki, IJF-nin nəzdində olan akademiya ilə əməkdaşlıq çərçivəsində 50-dək yerli məşqçi martdan təhsil almağa başlayacaqlar. Əməkdaşlıq istiqamətində növbəti addımlar, xüsusilə də hakimlər heyətinin təhsili üzrə layihə müzakirə edilib.

Cüdonun uşaqlar və gənclər arasında təbliğatı məqsədi ilə IJF-nin “Məktəblərdə Cüdo” layihəsinin Azərbaycanda həyata keçirilməsinin vacibliyi vurğulanıb. Cüdonun gənc nəslin fiziki sağlamlığı ilə yanaşı, təhsil və təlim-tərbiyəsində mühüm rol oynadığı qeyd edilib.

Görüş zamanı 4 - 6 noyabrda Bakıda keçiriləcək Böyük Dəbilqənin yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə edilib.

Bundan başqa, IJF-nin cüdonun rəqəmsallaşdırılması sahəsində malik olduğu geniş təcrübənin Azərbaycanda tətbiqi məsələləri, həmçinin azərbaycanlı mütəxəssislərin qurumun müxəlif komitələrində təmsil edilməsi imkanları istiqamətində də fikir mübadiləsi aparılıb və növbəti addımlar müəyyən edilib.

Oxunub: 402
Paylaş:
Digər xəbərlər

İdman

13-05-2022, 20:0

Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidentini qəbul etdi

İdman

14-01-2018, 12:0

Masallıda cüdo mərkəzi açıldı

İdman

16-01-2022, 14:0

Fərid Qayıbov qalibləri mükafatlandırdı

İdman / MARAQLI

7-11-2021, 16:0

Prezident Sadıq Sadıqov və Nicat Şıxəlizadəni mükafatlandırdı

İdman

9-06-2021, 08:0

Kəramət mundialın üçüncüsü oldu

Ölkə futbolu

23-02-2022, 18:0

Elxan Məmmədov FIFA prezidenti ilə görüşdü

Aktual
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
"Qarabağ" - "Qalatasaray" matçına doğru: cəmi 2 min bilet
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
"Qalatasaray" Bakıda bu məkanı seçdi
"Yusif İmanova şans verilməsi böyük riskdi"
"Yeni müqavilədən əldə olunan vəsait klubun büdcəsinə gedir" - AÇIQLAMA
Son xəbərlər
  • Bu gün, 16:07
    "Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
  • Bu gün, 15:54
    "Qarabağ" - "Qalatasaray" matçına doğru: cəmi 2 min bilet
  • Bu gün, 15:39
    "Oyunboyu çox presinq etməyi, rəqibi daim təzyiqdə saxlamağı bacarırlar" - Səbuhi Səfiyarlı
  • Bu gün, 15:14
    Nuri Şahin ''Borussiya''da işləyəcək?
  • Bu gün, 14:55
    Mövsümdə 4-cü məşqçi
  • Bu gün, 14:38
    ''Fənər''in hazırlıq oyunu gərgin və məhsuldar alındı - REPORTAJ
  • Bu gün, 14:03
    "Son oyunlara görə eyforiyaya qapılsaq..." - Vaqif Cavadov
  • Bu gün, 13:59
    De Byazi 3 futbolçudan imtina etdi
  • Bu gün, 13:49
    "Mingəçevir" Şamaxı səfərində - YENİLƏNİR
  • Bu gün, 13:36
    Millimiz üçün qadın hakim
  • Bu gün, 13:13
    "Bavariya"da nələr baş verir? - TƏHLİL
  • Bu gün, 12:56
    Türklər Dzyubaya hansı ləqəbi veribmiş?
  • Bu gün, 12:38
    "Hazırda onların ən zəif yerləri yarımmüdafiə xəttidi" - AÇIQLAMA
  • Bu gün, 12:11
    Obameyanq “Çelsi”ni hansı kluba dəyişəcək?
  • Bu gün, 11:50
    "Barselona" böyük təhlükə ilə üz-üzə
  • Bu gün, 11:39
    BNA məlumat yaydı: "Qarabağ" - "Qalatasaray" matçı üçün xüsusi avtobuslar
  • Bu gün, 11:16
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 11:11
    "Səhvlərdən qaça bilmədik" - millinin üzvü
  • Bu gün, 10:58
    Aynur Rzayeva dünya çempionatındakı çıxışını başa vurdu
  • Bu gün, 10:31
    "Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik" - millinin baş məşqçisi
  • Bu gün, 10:27
    Milli komanda yeni macəraya başlayır - YENİLƏNİR
  • Bu gün, 10:00
    Millimiz yenə uduzdu
  • Dünən, 23:54
    “Real”dan ayrılmaq istəmir
  • Dünən, 23:10
    Rəşad Abdullayev yığmadan nə gözləyir?
  • Dünən, 22:53
    Ançelottiyə o xələf olacaq?
  • Dünən, 22:33
    "Füzuli" üç transfer planlaşdırır - AÇIQLAMA
  • Dünən, 22:18
    Osimhenin qiyməti məlum oldu
  • Dünən, 21:46
    "Özümüzü daha yaxşı tərəfdən göstərməliyik" - Emin Mahmudov
  • Dünən, 21:39
    Yığmamız məğlub oldu
  • Dünən, 21:10
    "Meydanda maksimumuzu etməyə çalışacağıq" - Canni de Byazi
  • Dünən, 20:59
    Region Liqasının favoriti "Neftçi"nin əvəzedicilərinə niyə böyük hesabla uduzub?
  • Dünən, 20:37
    Mövsümü erkən başa vurdu
  • Dünən, 20:11
    "Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
  • Dünən, 19:54
    "Hər kəs Azərbaycanla görüşdən qələbə gözləyir" - Ralf Raqnik
  • Dünən, 19:47
    "İlk oyunda qələbə qazanmaq istəyirik" - Zabitser
Daha çox
Oxunub: 2 363
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 1 240
"Qalatasaray" Bakıda bu məkanı seçdi
Oxunub: 769
"Qarabağ" "Qalatasaray"la oyun üçün dövlət qurumlarına müraciət edib
Oxunub: 587
"Qalatasaray"la oyun üçün Qurban Qurbanov bu futbolçulara dəvət göndərdi
Oxunub: 515
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 412
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə