Türkiyə futbolu üçün həyəcan təbili çalmağın tam zamanıdı.
[right][/right]''Fənərbaxça''nın uduzması ilə bu mövsüm avrokuboklarda çıxış edən 5 Türkiyə klubundan dördüncüsü mübarizəni dayandırmış oldu. Daha öncə bu aqibəti ''Beşiktaş'', ''Trabzonspor'' və ''Sivasspor'' yaşamışdı. Son nəticələrin ardından qardaş ölkə UEFA-nın əmsallar cədvəlində durumunu bir qədər də qəlizləşdirərək 16-cı pillədən 19-cu pilləyə gerilədi!
Xatırladaq ki, Türkiyə bu mövsümü ilk 15 ölkə arasında tamamlaya bilməsə, 2023/24-də avrokuboklara 5 yox, yalnız 4 komanda göndərə biləcək!
İndi Türkiyənin yeganə ümidi ''Qalatasaray''la bağlıdı. AL-in qrup mərhələsini lider kimi tamamlamaqla birbaşa 1/8 finala vəsiqə qazanan ''Cim-Bom''un rəqibi dünən bəlli oldu. ''Sarı-qırmızılar''a mümkün rəqiblərdən ən çətini - ''Barselona'' qismət oldu! İlk oyun martın 10-da ''Nou Kamp''da, cavab görüşü martın 17-də ''Nef Stadionu''nda keçiriləcək. ''Qalatasaray''ın rəsmisi Nihat Kırmızının püşkün nəticəsini dəyərləndirərkən ''Barselona''ya meydan oxuması və ''daha öncə ''Barselona''nı dəfələrlə yenmişik, bu dəfə də yenəcəyik'' deməsi maraqlıdı. Görəsən, ''dəfələrlə'' deyərkən hansı oyunları nəzərdə tutur? Bu iki komandanın yolu indiyə qədər 4 dəfə - 1993/94, 1994/95, 2001/02, 2003/04 mövsümlərində kəsişib. Bunların hamısı Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edib. İstanbul nəhəngi Kataloniya nəhəngini 8 oyunun yalnız birində - 1994/95-də öz meydanında məğlub edib (2:1). Digər 7 matçdan 2-si bərabərlik, 5-i ''Barselona''nın qələbəsi ilə yekunlaşıb. Maraqlıdı ki, Lionel Messinin əsas komandada olduğu 17 mövsüm ərzində ''blauqrana'' heç bir Türkiyə təmsilçisi ilə üz-üzə gəlmədi. Amma Messinin komandanı tərk etdiyi ilk mövsümdəcə ''Barsa'' Türkiyə klubuna rəqib oldu. Ümumilikdə kataloniyalılar tarixi ərzində Türkiyə təmsilçiləri ilə 14 dəfə qarşılaşıb. Komanda bu matçların 3-də məğlubiyyət acısı yaşayıb (9 qələbə, 2 bərabərlik). Özü də hər 3 məğlubiyyət səfərdə qeydə alınıb. Az öncə qeyd etdiyimiz 1994-ün noyabrındakı ''Qalatasaray''la oyundan başqa ''Barsa'' 1990-nın sentyabrında ''Trabzonspor''a (0:1), 2000-in sentyabrında ''Beşiktaş''a (0:3) məğlub olub. ''Qalatasaray''ın İspaniya klublarına qarşı son 6 matçın hamısında uduzduğunu və bu oyunlarda ümumilikdə 21 top buraxdığını da bildirək. Bu 6 görüşdən 4-də rəqib ''Real'', 2-də isə ''Atletiko'' olub.
''Qalatasaray''la ''Barselona''nın duelində, heç şübhəsiz, istanbulluların çalışdırıcısı Domenek Torrent də diqqət mərkəzində olacaq. Axı o, həm əslən kataloniyalıdı, həm də bir mövsümü ''Barselona B''də olmaqla ümumilikdə 5 mövsüm ''Barsa''da çalışaraq Xosep Qvardiolanın köməkçisi vəzifəsini icra edib. O dönəmdə ''Barselona''nın indiki baş məşqçisi Xavi Ernandes də həyətdə idi. Yəni Torrent öz yetirməsini yenməyə çalışacaq. 59 yaşlı mütəxəssis ''Barsa''ya rəqib olmaları ilə bağlı bunları deyib: