Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, iclasda bu qərarlar qəbul olunub:
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” klubunun 28 nömrəli futbolçusu Mehman Mənsimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” klubunun 57 nömrəli futbolçusu Bədir Ziyadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Neftçi-2” klubunun 75 nömrəli futbolçusu Nihad Qurbanlı oyunun 23-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur .