Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.
Bu barədə yerli mətbuat xəbər yayıb. Qərar Avropa futbol qurumunun İcraiyyə Komitəsi qəbul edib. Səbəb isə Rusiya və Ukrayna arasında baş tutan hərbi vəziyyət göstərilir.
Oyun mayın 28-də "Stad de Frans"da baş tutacaq.