Ayşən Abduləzimova “Vaşaş”ın heyətində növbəti uğurunu qazanıb.
Bu barədə yerli mətbuat xəbər yayıb. Voleybolçunun komandası MEVZA turnirinin qalibi olub.
“Vaşaş” Vyanada keçirilən yarışın finalında Sloveniyanın “Kalsit” klubu ilə üz-üzə gəlib. Macarıstan təmsilçisi rəqibini çətinlik çəkmədən məğlub edib - 3:0 (25:22, 25:16, 25:19).
Qeyd edək ki, Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş” mövsümdə ilk beynəlxalq kuboku qazanıb.