Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin "Marsel"in qapısına vurduğu qolun qeydə alınmamasını baş məşqçi Qurban Qurbanov tələb edib.
AFFA-nın rəsmi "feysbuk" səhifəsi də biganə qalmayıb.
Paylaşımda bunlar qeyd olunub:
"UEFA Avropa Konfrans Liqasının bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Marsel" oyununda top Ağdam təmsilçisinin üzvü İbrahima Wadjinin əlinə toxunaraq qapıdan keçib və hakim qolu qeydə alıb. Lakin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın üzvləri ilə qısa dialoqdan sonra baş hakimə bildirib ki, top qapıdan əl ilə keçirilib. Bundan sonra referi qol qərarını ləğv edib".