“Şalke” formasındakı “Qazprom” şirkətinin reklamından imtina edib.
Bu barədə yerli mətbuat xəbər yayıb. Klubun belə bir addım atmasına Rusiyanın Ukraynaya hücum etməsi səbəb göstərilib. “Şalke” bundan sonra formalarının üzərində klubun adının yazılacağını bəyan edib.
Rusiyaya məxsus olan “Qazprom” enerji şirkəti 2007-ci ildən “Şalke”yə titul sponsorluğu edirdi.