“Mançester Yunayted” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə transfer planları dəyişməyəcək.
Rəhbərlik yayda transferlərə böyük məbləğdə pul xərcləməyi planlaşdırır. ESPN telekanalının yaydığı xəbərə görə, komandanın premyer-liqada hansı yeri tutmasından asılı olmayaraq, rəhbərlik yeni oyunçuların alğısına xeyli vəsait sərf edəcək. Yayda komandaya yeni baş məşqçi təyin olunacaq. Bütün transferlər Ralf Ranqnikin xələfi ilə razılaşdırılacaq.
Yerli mənbələrə görə, “Tottenhem”in hücumçusu Harri Keyn ilə “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays “Yunayted”in əsas transfer hədəfləridi.
"Mançester Yunayted" hazırda premyer-liqada 26 oyuna 46 xalla 4-cü yerdədi. Ranqnikin komandası lider “Mançester Siti”dən 17 xal geri qalır.