Bruno Fernandeş “Mançester Yunayted”in sabiq oyunçusu Devid Bekhemin rekordunu yeniləyib.
27 yaşlı yarımmüdafiəçi buna Çempionlar Liqasının 1/8 finalının “Atletiko” ilə ilk oyununda (1:1) nail olub. O, 80-ci dəqiqədə Entoni Elanqanın vurduğu cavab qolunun ötürməsini verib. Beləliklə, Bruno ÇL-də ardıcıl 6 oyunda məhsuldar ötürmə edib və turnirin tarixində MY-nin bunu bacaran ilk futbolçusu olub. Əvvəlki rekord sabiq yarımmüdafiəçi Devid Bekhemə məxsus idi. O, 1998-ci ildə ardıcıl 5 matçda məhsuldar ötürmə etmişdi.