Bildiyiniz kimi, bu gün Rusiya - Ukrayna müharibəsi rəsmən başladı.
Dünyanın bir çox tanınımış simaları Ukrayna torpaqlarının işğal edilməsinə etirazını bildirir. Bunların arasında idman camiəsindən olanlar da var.
“Football-plus.az” saytının məlumatına görə, "Qarabağ"ın gürcü qapıçısı Luka Quqeşaşvili də haqsızlığa səssiz qalmayanlar sırasındadı. Gənc qolkiper şəxsi "instaqram" hesabının hekayə bölümündə Ukrayna və Gürcüstan bayraqları asılan taxta dirək rəsmi paylaşıb. Bayraqların bir hissəsinin yandırılmış olması da diqqətdən qaçmayıb.
Görünür, Luka 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında baş verən müharibəni nəzərə alaraq belə bir paylaşım edib.