Bu gün Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" "Marsel"i sınağa çəkəcək.
İlk matçın nəticəsinə (3:1) görə qonaqlar üstün tərəf olsa da, qarşılaşmaya maraq böyükdü. Görüşlə bağlı müxtəlif saytlarda maraqlı yazılar və şəkillər paylaşılır. Lakin "Marsel"in rəsmi səhifəsində yer alan foto azarkeşlərimizin tənqidinə səbəb olub.
“Football-plus.az” saytının məlumatına görə, Fransa təmsilçisi futbolçusu Kamaranın əlində klubun bayrağı ilə Qarabağ atı üzərində Qafqaz dağlarından keçdiyi təsvir olunan şəkli sosail şəbəkə hesabalarında da paylaşıb.