Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində Şəhriyar Məmmədyarova məğlub olan Aniş Giri oyun haqda yerli mətbuata danışıb:
"Şəhriyara qarşı yaxşı oynamadım və nəticədə uduzdum. Oyunda səhvə yol verdim. Açığı, hər şeyin qaydasında olduğunu və risk etmədiyimi düşünürdüm. Amma təzyiq zamanı haradasa səhv etdim. Bundan sonra vəziyyət tamamilə dəyişdi".