"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Mahir Emrelini təhlükəli futbolçu adlandırıb.
55 yaşlı mütəxəssis bu fikri "Dinamo"ya (Zaqreb) təmsilçisinə qarşı keçiriəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında səsləndirib:
"Rəqibin necə komanda olduğunu bilirik. Heyətində Petkoviç, Emreli və Yuriç kimi təhlükəli oyunçular var. "Dinamo"nun oyunu necə quracağına dair aydın təsəvvürlərimiz var. Rəqib nə dərəcədə ciddi komanda olduğunu ilk matçda göstərdi. Sabah hər şey daha da çətin olacaq".
Qeyd edək ki, bu gün baş tutacaq "Dinamo" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 21.45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.