“Bavariya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Robert Levandovskinin klubu ilə müqavilə yeniləməyəcəyi ilə bağlı xəbərlər yayıılmışdı.
"Football-plus.az" saytının məlumatına görə, buna səbəb Münhen təmsilçisinin Erlinq Haalandla gizli danışıqlar aparması haqda yayılan şaiyələr idi. Lakin bu gün Almaniya mətbuatında yazılan xəbərlərdə polşalı ulduzun "Bavariya"da qalmaq istədiyi qeyd edilib. Mənbədə Robertin istəyini kluba söylədiyi və yeni müqavilə ilə bağlı danışıqlara hazır olduğu da bilidirilib.