Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14.00-da başlayacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yaymlanacaq qarşılaşmanı idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Baş hakim: FƏRİDƏ LÜTFƏLİYEVA.
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Kamran Əliyev.