Fevralın 22-də Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyada 18-21 yaş kateqoriyasından olan gənc idmançılar arasında keçirilən Milli Gənclər Yarışında ("National Junior Race") iştirak edib.
İdmançımız “slalom” üzrə 86.39 xal toplayıb. O, göstəridiyi nəticəyə əsasən ümumi reytinqdə 9-cu olsa da öz yaş kateqoriyasından olan yarışçılar arasında 3-cü yerə sahib olub.
Turnirdə İtaliya,Fransa,Norveç və digər ölkələrdən olan 74 idmançı iştirak edib.
Qeyd edək ki, İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.