Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Beynəlxalq dərəcəli referi Zaur Hacıyev fevralın 24-də keçiriləcək “Çağırış kuboku”nun yarım final matçını idarə edəcək.
O, Türkiyədə Mimar Sinan İdman salonunda qadın voleybolçular arasında “Aydın BBSK” (Türkiyə) – “Savino Del Bene Scandicci” (İtalya) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Matçıda əsas qərarları serbiyalı Tomislav Popoviç verəcək.