Tanınmış futbol təhlilçisi və şərhçisi Denis Balbir Konfrans Liqasının pley-offunda sabah keçiriləcək “Qarabağ” - “Marsel” oyunu haqda maraqlı fikirlər səsləndirib.
Müxtəlif vaxtlarda futbol məsləhətçisi kimi də fəaliyyət göstərmiş jurnalist qarşılaşması öncəsi Fransa təmsilçisi ilə bağlı narahatlıqlarını dilə gətirib:
“Qarabağ” ilk oyun bir daha göstərdi ki, “Marsel” zəif rəqiblərə qarşı çətinlik çəkir və evdə çətin anlar yaşayır. Çempionlar Liqasında yer uğrunda mübarizə apararkən başqa turnirdə iştirak bir az bezdirici olur. Bundan başqa, Xorxe Sampaoli ilə Arkadiuş Milik arasında mübahisə də var. “Marsel”də gümrahlıq çatmır. “Qarabağ”la səfər görüşündən sonra komanda bunun üçün daha çox darıxacaq. Mövsümün sonu üçün indidən narahat olmaq lazımdı. Öz-özünə zəifləyən “Marsel”də pərdə arxasında və meydançada həll olunası çox şey var”.