“Leykers”in forvardı Lebron Ceyms bəyan edib ki, MBA-da son mövsümünü oğlu Bronni ilə eyni komandada keçirməyi planlaşdırır:
“Son mövsümümü hansı komandada olur-olsun, oğlumla birgə keçirəcəm. Bir mövsümü oğlumla keçirmək üçün mümkün olan hər şeyi edəcəm. Pulun önəmi yoxdu”.
37 yaşlı basketbolçu karyerasına başladığı “Klivlend”ə qayıdacağını da istisna etməyib: “Qapı qapanmayıb. Ora qayıdacağımı və oynayacağımı dəqiq demirəm, məni gələcəkdə nə gözlədiyini, hətta nə vaxt sərbəst olacağımı da bilmirəm”.
Lebronun “Leykers”lə müqaviləsi 2023-cü ilə qədər qüvvədədi. Basketbolçunun 17 yaşlı oğlu Bronni isə Syerra-Kanyon məktəbinin komandasında çıxış edir, MBA draftına 2024-dən tez qatıla bilməz.