“Neftçi"nin prezidenti Kamran Quliyev veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevi 65 illik yubileyi münasibətilə təbrik edib.
Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.Qeyd edək ki, Asim Xudiyev 1977-1984-cü illər ərzində “Neftçi”nin heyətində 201 oyun keçirib