Həftəsonu Region Liqasında növbəti turun oyunları keçirilib.
Cənub zonasında baş tutan hər iki görüşdə meydan sahibləri azarkeşlərini sevindirib. “Ümid” Cəlilabadda qrupun autsayderi “Qobustan”ı qonaq edib. Meydan sahibləri iki cavabsız qol vurmaqla 90 dəqiqəni öz xeyrinə başa vurub. "Ərkivan"la səfərdə qarşılaşan "Xan Lənkəran" vahid liderliyi darmadağınla təmin edib. İbrahim Uzuncanın komandası Masallı futbolçularını 16 dəfə meydanın mərkəzinə dəvət edib. Lənkəranlıların heyətində Röyal Nəcəfov poker edib. Aqşin Paşayev het-trikə, Ülvi İbazadə, Zaur Nuruzadə və Nihat Fərəcli dubla imza atıb. Komandanın digər qollarını Kazım Kazımlı, İlyas Səfərzadə və Qasım Cabbarlı vurub.
Cənub regionu
Ümid (Cəlilabad) – Qobustan 2:0
Ərkivan (Masallı) – Xan Lənkəran 0:16
1. Xan Lənkəran 8 7 1 0 44-5 22
2. Astara 8 6 1 1 14-5 19
3. Ümid 8 3 1 4 10-14 10
4. Ərkivan 8 1 1 6 8-39 4
5. Qobustan 8 1 0 7 6-19 3
Bombardirlər: Röyal Nəcəfov (Xan Lənkəran) – 10, Zaur Nuruzadə (Xan Lənkəran) – 8.
Şimal-Qərb və Qərb regionu
Şimal-Qərb və Qərb regionunda da bir-birindən maraqlı qarşılaşmalar baş tutub. Lider “Energetik” öz meydanında “Gəncə”ni yenib. Mingəçevirlilər qonaqların qapısından 2 top keçirib. İkinci pillədə qərarlaşan “Karvan” da Yevlaxda tərəfdarlarına qələbə sevinci yaşadıb. Kənan Kərimovun komandası “Şəki” üzərində böyükhesablı qələbəyə sevinib. Pley-offa yüksəlməyə imkan verən 3-cü pillədə qərarlaşan “Ağstafa” da darmadağına imza atıb. Bölgənin eyniadlı komandası “Qoşqar”ı meydana çıxmağa peşman edib. Ötən tur texniki məğlubiyyətlə üzləşən gəncəlilər qapısında 6 qol görüb ki, onlardan yalnız birinə cavab verə biliblər.
Karvan (Yevlax) – Şəki 4:0
Energetik (Mingəçevir) - Gəncə 2:0
Ağstafa – Qoşqar UGİM-2 (Gəncə) 6:1
1. Energetik 10 9 1 0 21-3 28
2. Karvan 11 8 1 2 30-17 25
3. Ağstafa 10 6 1 3 31-16 19
4. Şəki 10 2 3 5 17-25 9
5. Göyəzən 10 2 2 6 20-29 8
6. Qoşqar UGİM-2 11 1 5 5 16-26 8
7. Gəncə 10 1 1 8 13-32 4
Bombardirlər: Elgün Namazov (Ağstafa) – 13, İsmayıl İsmayılov (Ağstafa) – 10.
Mərkəz regionu
Ötən həftə Mərkəz regionunda mübarizə aparan komandalar üçün də qış fasiləsi başa çatıb. Bəlkə də pely-offa yüksəlmək yönündə regionlar arasında ən gərgin mübarizə məhz burda gedir. Qrupun lideri “Füzuli” fasilədən sonra ilk oyununu səfərdə keçirib. Qonşu rayonların derbisində füzulililər Beyləqan təmsilçisini minimal hesabla üstələyərək, ilk pillədəki mövqeyini qoruyub. Qrupun maraqla gözlənilən qarşılaşmalarından biri Ağsuda keçirilib. Yerli komanda 2-ci pillədə qərarlaşan “İmişli”ni qonaq edib. Fasilə dönəmində yetərincə güclənən “Ağsu Siti” növbəti mərhələyə yüksəlmək yönündə əsas rəqibini evə əliboş yola salıb. Bu matçdan sonra komandalar arasında xal fərqi minimuma enib. “Araz” Saatlıda “İsmayıllı”nı məğlub etməklə mövsümdə 3-cü qələbəsini bayram edib.
Ağsu Siti – İmişli 6:2
Araz – İsmayıllı 4:1
Mil (Beyləqan) – Füzuli 0:1
1. Füzuli 8 6 2 0 15-4 20
2. İmişli 8 4 2 2 16-19 14
3. Ağsu Siti 8 3 4 1 28-16 13
4. Araz 8 3 2 3 17-16 11
5. Mil 8 0 4 4 11-18 4
6. İsmayıllı 8 0 2 6 7-21 2
Bombardirlər: Rəmzi Eminli (Ağsu Siti) – 7, Cəsur Hüseynov(Füzuli), Aqşin Paşayev (Ağsu Siti) – 5.
Paytaxt və Şimal regionu
Bu regionun A qrupunda 2 qarşılaşma baş tutub. Qrupda əsas diqqət Qusar derbisinə yönəlib. Rayonun eyniadlı komandası “Şirvanovka”nı qonaq edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda sevinən tərəf Kamran Əlibabayevin komandası olub. Bu yerdə qeyd edək ki, “Qusar”ın məğlubiyyətsiz seriyası artıq 8 matça çatıb. 8 qarşılaşmada rəqibləri 46 dəfə cəzalandıran qusarlılar öz qapısında cəmi 2 top görübr. Digər oyunda isə “Mübariz” İCBFA-nı məyus edib.
A qrupu
İCBFA – Mübariz 3:7
Qusar – Şirvanovka 1:0
1. Qusar 8 8 0 0 46-2 24
2. Şirvanovka 7 5 0 2 23-9 15
3. Mübariz 7 3 0 4 22-34 9
4. İCBFA 7 2 0 5 17-26 6
5. Dirçəliş 7 0 0 7 5-42 0
Bombardirlər: Tural Cəlilov (Qusar) – 12, Firudin Ağalarov (qusar) – 8.
RƏŞAD