Azərbaycan millisi 22 yaşadək boksçular arasında Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.
Milli Nəriman Abdullayevin rəhbərliyi altında Bakı Boks Mərkəzində təlim-məşq toplanışına başlayıb. İdmançılarımız gündə iki dəfə məşq edəcək. Məşq prosesi 2 həftə baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatı 11 - 24 martda keçiriləcək.