"Roma" heyətini gücləndirmək niyyətindədi.
"Football-plus.az" saytının məlumatına görə, klub gələn mövsüm üçün artıq transfer planlarını hazırlayır. Roma təmsilçisi "Barselona"da çıxış edən Serjino Desti transfer etmək istəyir. Artıq Kataloniya klubuna təklif göndərildiyi deyilir. Futbolçunun İspaniya kollektivi ilə müqaviləsi 2025-ci ildə başa çatır.