Azərbaycanın bədii gimnastları İlona Zeynalova və Gövhər İbrahimova Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində qızıl medal qazanıblar.
İdmançılarımız fərdi növdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zeynalova böyüklər, İbrahimova isə gənclər arasında arasında çoxnövçülük proqramında qalib olub.