Lorentso İnsinyedən sonra “Napoli”ni daha bir vacib oyunçu tərk edəcək.
Rəhbərlik Fabian Ruislə aparılan danışıqlarda da qarşı tərəflə anlaşa bilməyib. İspaniyalı yarımmüdafiəçinin şərti bossları çətinə saldığı üçün futbolçu ilə danışıqlar dayandırılıb.
Ruisin klubla müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Rəhbərlik onu bu yay satmaqla müəyyən qədər qazanc əldə etməyi planlaşdırıb. Son xəbərlərdə 25 yaşlı Fabianın “Arsenal”ın maraq dairəsinə düşdüyü bildirilir.