Ötən il “Krasnodar”dan ayrılan Ari karyerasını vətənində davam etdirəcək.
Braziliyalı hücumçu “Atletiko Searense” ilə müqavilə bağlayıb. Bu əməkdaşlığın maraqlı yönü odur ki, 36 yaşlı futbolçu bu klubda oynayan prezident kimi fəaliyyət göstərəcək! “Atletiko Searense” ötən mövsümün yekunlarına əsasən ölkə çempionatının 3-cü divizionunda – C seriyasında çıxış etmək hüququ qazanıb. Klubun Ari ilə bağlı yaydığı rəsmi məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:
Əsl adı Arislenes da Silva Ferreyra olan futbolçu peşəkar futbolda ilk addımını 2005-06-cı illərdə “Fortaleza”da atıb. 2006-cı ildə “Kalmar”a transfer olunmaqla Avropa karyerasına başlayan braziliyalı İsveç klubunda da bir il top qovub. 2007-10-cu illərdə “Alkmaar”ın formasını daşıyıb. Niderlandı tərk edən Ari karyerasının sonrakı 11 ilini Rusiyada keçirib. Əvvəlcə “Spartak”da (2010-13), sonra isə “Krasnodar”da (2013-21) oynayıb. Krasnodarlıların oyunçusu kimi 2017-18-ci illərdə icarə qaydası ilə Moskva “Lokomotiv”inin formasını geyib. Onun 2018-ci ildə Rusiya yığmasının 2 oyununda meydana çıxmaq şansı qazandığını da qeyd edək.