Fransa çempionatında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi “Monako”nun hücumçusu Vissam Ben Yedder olub. Bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, 31 yaşlı Ben Yedder yanvarda 2 çempionat oyununa çıxıb, komandasına 3 qol və 1 məhsuldar ötürmə ilə faydalı olub. O, 56 faiz səslə 1-ci olub.
Vissamdan sonrakı yeri 30 faiz səs toplayan “Nant”ın hücumçusu Lüdovik Blas tutub. İlin ilk ayının ən yaxşı futbolçularının “3-lüy”ünə 14 faiz səslə “Nitsa”nın hücumçusu Amin Quiri də düşüb.