“Səbail” premyer-liqada 60-cı səfər oyununu keçirib.
Bakı klubunun yubileyi “Qəbələ” ilə səfər matçına təsadüf edib. Bu görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. 60 səfər qarşılaşmasında 14 qələbəsi olan paytaxt təmsilçisi 12 dəfə heç-heçə edib. Bakılılar rəqib meydanında 34-cü məğlubiyyətini alıb.
Qeyd edək ki, bunadək 24 komanda səfərdə 60 və daha çox oyun keçirmişdi. “Səbail” bu siyahıda 25-ci olub.