“Uşaqvəgənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Budəfəki müsahibimiz Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədlidi. Autizmli uşaqlar xüsusi qayğıya, diqqətə ehtiyac duyan təbəqə sayılır. Həmsöhbətimiz Elnur Məmmədli bu uşaqların təhsillə yanaşı, müxtəlif idman məşğələlərinə cəlb edilməsinə çalışır. Bu vasitələr həmin uşaqların cəmiyyətə inteqrasiyasını sürətləndirir, onların inkişafına dəstək rolunu oynayır. Bütün bunlarla bağlı Məmmədlinin özündən soruşmağı lazım bilik.

- Elnur bəy, rəhbərlik etdiyiniz federasiyanın yaranması hansı zərurətdən doğdu? Hazırda fəaliyyətiniz hansı sahələri əhatə edir?

- Bir neçə ictimai birliyi, idman klubları və mərkəzləri özündə birləşdirən Autizm Assosiasiyasının məqsədi həmin qurumlar arasında fəaliyyətin əlaqələndirilməsindən və bu qurumların nizamnamə vəzifələrindən irəli gələn təşəbbüslərin birgə həyata keçirilməsindən, eləcə də dövlətin bu sahədə həyata keçirdiyi siyasətə yaxından dəstək göstərməkdən ibarətdi. Bakı şəhərində və bölgələrdə idman yarışları, seminarlar təşkil edirik. İldə bir necə dəfə olmaqla bölgələrdə maarifləndirmə seminarlarımız olur. Ailələrlə müntəzəm görüşlər keçirib, onların bu sahədə olan cətinlikləri barədə müzakirələr aparır, onlara dəstək olmağa calışırıq. Bu gün, demək olar ki, autizmlilərin reabilitasiyası ilə bağlı dünyada sınaqdan keçən bütün təlim proqramlarından istifadə edirik.

- Autizmli uşaqlar xüsusi qayğıya ehtiyac duyan təbəqədi. Onların qayğıyla əhatə olunmasında idmanın rolu necədi?

- Autizmli fərdlərə verilən yaşam proqramlarında idman təlimlərinin parçalarından biri olan davranış ən əhəmiyyətli işlərin başında gəlməkdədi. Autizmli fərdlər mərkəz və qurumlarda təlim aldıqlarında görülən problem davranışların azaldılması ilə bağlı xüsusi proqramlar hazırlanır. Bu proqramlarda göstərilən mənfi davranışın səbəbi fərdlərdən çox fərdin ətrafıyla münasibəti görülür . Problemli davranış azaldılmağa çalışarkən mütləq olaraq davranışın əvvəli, davranış və davranışın sonrası vəziyyətlərin, ya da hadisələrin müşahidə edilməsi lazımdı. Daha sonra isə davranışa səbəb olan vəziyyətlər aradan qaldırılır, azaldılmaq istənilən davranış ortaya çıxdığında görməməzlikdən gəlinir . Təməl idman bacarığı, koordinasiya təlimi, özünəxidmət bacarığı,həyat bacarığı təlimi, akademik bacarıqlar, atletika,stolüstü tennis, üzgüçülük, velosiped təlimi,oyun bacarıqları, fitnes, davranış təlimi, ailə təhsili,sosiallaşma işləri, peşə təlimi,dil təhsili və məsləhət xidmətləri belə uşaqlar üçün vacibdi. Əsl məqsədnormal inkişaf göstərən uşaqlarla və ictimai ətrafla qarşılıqlı təmas içində olmağı, qazandığı bacarıqları ictimai həyatına tətbiq edib özünə inam bacarığı qazanmağı, öz ayaqları üzərində dayana bilməsi nəzərdə tutur. Əslində reallaşdırmaq istənən təlim autizmli fərdlər üçün heç də çətin deyil. Onlara inanmaq vəailələrini təlimin bir parçası halına gətirmək ən əhəmiyyətli məqamların başında gəlir. Mərkəz və qurumlarda verilən təlimdəki əsas hədəf bu əhəmiyyətli inkişafdı. Dəfələrlə bunun alındığını gördük. Mübarizə yoxdusa , qələbə də yoxdu. Biz onların nə qədər əzmkar olduğunu bilirik . Məqsədimiz fərqinə varmadıqları bu əzmkarlığın müsbət istiqamətdə istifadə edilməsini təmin etməkdi. Fiziki zehni və dil bacarıqlarında geridə olan, əsəb tutmaları keçirib özünə və ətrafına zərər verən, ictimai həyata uyğunlaşmanı təmin edə bilməyən və bu bacarıqların xaricindəki bir çox sahədə də geridə olan, ya da öz bacarıqlarını da ortaya çıxarmaq istəməyən bütün autizmli fərdlərin idman təlimiylə nə qədər məhsuldar və önlərinə çıxan problemi nə qədər sürətli həll edə bildiklərinin biz şahid olduq. Velosiped - təlimlərimiz içərisində vacib yer təşkil edən bir təlimdi. Bədən koordinasiyasının sistematik bir şəkildə işini təmin edər. Statik və dinamik tarazlıq inkişafına kömək olur. Velosiped sürmək bağırsaqların fəaliyyətini sürətləndirir. Qidaların bağırsaqlarda keçirdiyi zamanı azaldaraq qəbizlik kimi problemlərin qarşısını ala bilir. Stolüstü tennis - dar sahədə edilən bir idman növü olduğundan, diqqət toplamaq müddətini uzatmaq, əl-göz koordinasiyasını inkişaf etdirmək üçün bir təlimdi. Stolüstü tennis təlimi zamanı autizmli bir fərdin bədən duruşunu, oyun əsnasında sağ və sol anlayışlarını da öyrənməyə kömək olur. Tennis toplarını yığmaq incə motor bacarıqlarını inkişaf etdirmək üçün önəmli vasitədi. Üzgüçülük - üzmə beynə oksigen qəbulunu və tənəffüsü qüvvətləndirərək qan və toxumalardakı oksigen qəbulunun keyfiyyətini artırır. Bu sayədə, hərəkətsiz çalışan şəxslərin qavrama və zəkalarının inkişafına kömək olur. Boççia - uşaqlarımıza ən böyük faydası əl,göz və beyinin üçlü koordinasiyasının inkişafıdı.Xüsusi ehtiyacı olan uşaqlarımızın oynaya biləcəyi və inkişafına böyük töhfə verən idman növüdü.Açıq havada oynamaq,dostlarla söhbət mühiti yaratmaq və sosial oyun olması uşaqlarımızın xoşbəxt idman etməsinə səbəb olur. Uşaqlarımızın özünə inamının və yaradıcılıq bacarıqlarının inkişafı, bir sözlə, həyatımızın bütün sahələrində fayda verir.

Elnur Məmmədli: “İdmanla məşğul olmaq autizimli uşaqlar üçün çox vacibdi”


- Bu yaxınlarda idman naziri Fərid Qayıbov sizin idman mərkəzində qonaq oldu. Bu görüşün təəssüratlarını bizimlə bölüşərdiz. Nazirlə hansı məsələləri müzakir etdiniz, hansı planlar var?

- Yanvarın 11-də gənclər və idman nazir Fərid Qayıbovun Azərbaycan Autizm Assosiasiyasının üzvləri ilə görüşü oldu. Respublika Olimpiya Mərkəzində keçirilən görüşdə autizmlilərə verilən idman təliminin bir qismi nümayiş olundu. Qeyd edildi ki, autizmlilərin reabilitasiyasında idmanın çox böyük rolu var. Müxtəlif idman növləri üzrə (stolüstü tennis, atletika, velosiped idmanı, boççia və s.) təlimlər keçirildi. Görüşdə təlimlər və yarışlar barədə məlumat verildi. Fərid Qayıbov autizmli uşaqların idman məşğələlərinə cəlb edilməsi və reabilitasiyasına diqqətin artırılması mövzusunda mütəxəsisslərlə fikir mübadiləsi aparıldı. Görüş çərçivəsində boççia idman növünün kiçik təqdimatı oldu.

- Tez-tez xarici səfərlərə yollanırsız. Federasiyanız hansı ölkələrlə tərəfdaşlıq edir?

- Azərbaycan Autizm Assosiasiyası əsasən Türk Dövlətləri Autizm təşkilatları ilə əməkdaşlıq edir. Bundan başqa, tez-tez Türkiyədə təşkil olunan Türkiyə çempionatında və digər idman yarışlarda iştirak edirik. Avropada keçirilən bir sıra turnirlərə dəvət almışıq.



- Federasiyanın fəaliyyətində hansı çətinliklərlə qarşılaşırsız? Hansı problemlər həllini gözləyir?

- Ümumiyyətlə, ölkəmizdə qanununvericilikdə autizm haqqında bir kəlmə belə söz yoxdu. Ən ciddi problem budu. Biz arzulayırıq və istəyirik ki, qanununvericikldə bu məsələ öz əksini tapsın. Sonra dövlət proqramı qəbul olunması vacibdi.

İLKİN SULTANLI

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Qəbələ" "Şamaxı"nı, "Neftçi" "Kəpəz"i qəbul edir - YENİLƏNİR

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

"Mançester Yunayted" darmadağın oldu

Parisdən Bilbaoya qayıda bilər

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

“Atletiko”dan doğma klubuna dönəcək

"9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi" - Ayxan Abbasov

PSJ gənc oyunçusunu satdı

“Yuventus” və “Ayntraxt” arasında ikinci transfer əməliyyatı

"Futbolçulara görə pis oldum" - Aleksey Baqa

"Hakimlərimiz VAR-a yeni öyrəşir" - Qurban Qurbanov

Konteyə o da lazım olmadı

Ronaldonun bacısı Peresin cavabını verdi

''Trabzonspor'' 35 ildən sonra ilkə imza atdı

Bədii gimnastika komandamız çempion oldu

''Qızıl top''a namizədlərin siyahısı açıqlandı, Messi…

Batşuayi bir İstanbul nəhəngindən başqasına keçir

Divizionun püşkatma mərasiminə nələr yaşandı? - FOTOLAR

"Qarabağ" - "Viktoriya" matçının biletləri satışda

Semih Kaya karyerasını bitirdi

Tovuz stadionunda çəkiliş meydançası quraşdırılacaq

“Milan”da yeni müqavilə

Samir Abasov Regekampfın səhv taktika seçdiyini düşünür - MÜSAHİBƏ

Bütün xəbərlər