Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" lider "Ankaragücü" ilə üz-üzə gəlib və matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Millimizin üzvü mübarizəyə ilk "11-lik"də başlasa da, 61-ci dəqiqədə Tievi Bifouma ilə əvəzlənib.
Qeyd edək ki, "Bursaspor" hazırda turnir cədvəlində 24 xalla 16-cı pillədə qərarlaşıb.
"Ankaragücü" - "Bursaspor" - 2:1
Qollar: Özgenç, 72, Ovusu, 73 - Uğurlu, 33