Ölkə çempionatının 16-cı turunda“Zirə” “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.
"Footbaıı-plus.az" saytının məlumatına görə, matçdan sonra baş tutan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.
- Xuan Kamara hansı səbəbdən oynamırdı?
- "Neftçi" ilə oyunda zədələnmişdi. Sabah MRT müayinəsindən sonra əzələsindəki vəziyyətin nə yerdə olacağını biləcəyik.
- Növbəti turda "Neftçi" ilə oynayacaqsız. Kubokdakı gərginlik bu oyuna necə təsir edəcək?
- Bir həftə sonra oynanılacaq oyunda nə olacağını deyə bilmərəm. Biz indi bugünkü oyun haqda danışa bilərik. Necə olacaq, bir həftə sonra görəcəyik.
- Yeni transferlər etməyə davam edirsiz. Bunlar nəyə hesablanıb?
- Bu, çox qəribə sualdı. Transferləri gücləndirmək üçün edirlər.
- Komanda ölkə kubokundakı çıxışını dayandırdı, çempionatda isə avrokuboklar zonasından uzaqdı. Bu, transferləri növbəti mövsüm üçün etmisiz?
- Transferləri komandanı gücləndirmək üçün edirik. 12 oyunumuz var. Gələcək mövsüm haqda düşünmürük.
- "Sabah" yaxşı oynasa da, epizodlarları reallaşdırmaqla bağlı problemlər var...
- Bugünkü matç hücumdakı ən pis oyunlarımızdan biri oldu. Daha çox kəskinlik yaradırdıq hücumlarda. Yaxşı oyun göstərdik hücumda. Sadə top itkiləri çox oldu. Bəzən də dəqiqlik çatmırdı.