PSJ ilə “Sportinq” arasında aparılan danışıqlar müsbət nəticələnib.
Fransa klubu lissabonluların oyunçusu Nunu Mendeşi birdəfəlik transfer edəcək. Portuqaliyalı müdafiəçi hazırda parislilərin sıralarında icarə əsasında çıxış edir. Jurnalist Fabritsio Romanonun yaydığı məlumatda PSJ-nin 19 yaşlı futbolçuya görə 40 milyon avro ödəyəcəyi bildirilir.
Yeniyetmə idmançı yayda Fransa klubu ilə daimi əsasda müqavilə bağlayacaq. Nunu bu mövsüm Liqa 1-də 15 oyun keçirib. Bütün turnirləri nəzərə alsaq, 26 matçda meydana çıxan müdafiəçi 3 məhsuldar ötürmənin müəllifi olub.