
Dünya futbolu
129
20.02.2022, 17:19
Messi 800-cü oyununda 274-ə çatdı
“Nant” – PSJ matçı Lionel Messi üçün əlamətdar olub.
Argentinalı hücumçu dünən klub səviyyəsində 800-cü oyununu keçirib. O, komandasının 1:3 hesabı ilə uduzduğu matçda təsəlli qolunu vuran Neymara assistentlik edib. Messi bu mövsüm Fransa çemionatında ştirak etdiyi 15 oyunda 2 qolun və 8 məhsuldar ötürmənin müəllifi olub.
Lionel klub səviyyəsində keçirdiyi 800 oyunda 679 qol vurub və 274 dəfə oyundaşlarına qol vurmaq imkanı yaradıb. Onun sıralarına ötən yay qoşulduğu PSJ-dən əvvəlki karyerasını “Barselona”ya həsr etməsi çoxlarına məlumdu.