Son ayları əla keçirən və La Liqa kimi dünyanın ən güclü çempionatlarından birində məhsuldarlığı ilə diqqət çəkməyi bacaran Enes Ünal ''Xetafe''də yanvarın ən yaxşı oyunçusu seçilib! Klubun sponsorlarından olan ''Mahou'' şirkəti tərəfindən hər ay azarkeşlər arasında keçirilən sorğunun budəfəki qalibi olan Ünal bu mövsüm artıq ikinci dəfə bu ada layiq görülüb.
O, ötən ilin noyabrında da komandasının ən yaxşısı seçilmişdi. 24 yaşlı futbolçu mükafatı qəbul edərkən bunları deyib:
Ən son ''Atletiko'' ilə səfər derbisində penaltidən 2 qol vurub dubl edərkən yüngül zədə alan Enesin bu gün ''Kadis''ə qarşı oyunda meydanda olacağı gözlənilir. Türkiyəli futbolçu bu mövsüm La Liqada vurduğu 11 qolla böyük fərqlə komandasının ən məhsuldar oyunçusudu. Bundan başqa, Enesin 2022-ci ildə ''böyük beşlik''dəən məhsuldar 4 futbolçudan biri olması diqqəti çəkir. Onunla yanaşı, ''Latsio''lu Çiro İmmobile və ''Atletiko''lu Anxel Korrea bu təqvim ilində çempionat oyunlarında 6 qol vurub. Bu baxımdan lider 7 qolla ''Bavariya''lı Robert Levandovskidi.
İspaniya futbolundan söz düşmüşkən, bir xəbəri də diqqətinizə çatdıraq. ''Fatih Karagümrük''ün akademiyasına nəzarət edən və U-19 komandasını çalışdıran Volkan Günbattal İspaniyanın 3 klubundan təklif alıb. Söhbət 2-ci divizion klubları ''Kordoba''a və ''Sportinq'', eləcə də 3-cü divizion təmsilçisi ''Ekstramadura''dan gedir. Hər üç klubun hissədarı olan və dünyada istedadlı oyunçularla məşqçilər axtaran Eduardo Penya İstanbula gələrək Günbattalla görüşüb. O, türkiyəli məşqçini bu 3 klubdan birinin akademiyasının başına gətirmək istəyir. Avropada işləmək istədiyini gizlətməyən 44 yaşlı Günbattal düşünmək üçün vaxt istəyib. Hazırda Türkiyənin U-19 liqasında ''Fatih Karagümrük''ün 20 komanda arasında 8-ci pillədə qərarlaşdığını bildirək