"Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov şəxsi "instaqram" hesabında maraqlı paylaşım edib.
"Football-plus.az" saytının məlumatına görə, paylaşımda vaxtilə "Xəzər Lənkəran"da, indi isə "Xan Lənkəran"da forma geyinən 7 futbolçunun borcunun ödənilməsini öz üzərinə götürdüyünü bildirib. Həmin futbolçular və onlara olan borc belədi:
1. Kazım Kazımlı (25.000)
2. Kamran Abdullazadə (25.000)
3. Orxan Sadıqlı (220.000)
4. Elşən Rzazadə (25.000)
5. Mahsun Qənbərli (12.000)
6. İlyas Səfərzadə (24.000)
7. Elvin Mirzəzəda (25.000)
Bir neçə gün öncə redaksiyamıza daxil olan məlumata əsasən "Xəzər Lənkəran"ın 6 milyona yaxın borcunun olduğunu nəzərinizə çatdırmışdıq. Adı çəkilən futbolçulara olan borc isə 356 min manatdı. Bu borcları ödəməyi Lənkəran təmsilçisinin prezidenti öz üzərinə götürüb. Bu isə borcun cüzi hissəsidi. Bəs qalan məbləği kim ödəyəcək? Axı, bu borclar ödənilmədən "Xəzər Lənkəran"ın bərpası mümkün deyil. Bununla bağlı isə heç kim açıqlama vermir. Sadəcə, bir şayiədi çıxıb ortaya ki, "Xan Lənkəran" "Xəzər Lənkəran" kimi yola davam edəcək. Bu isə azarkeşlərin hissləri ilə oynamaqdan başqa bir şey deyil.
GÜNAY VƏLİYEVA