“Sevilya” Markos Akunya ilə müqaviləni yeniləyib.
30 yaşlı müdafiəçinin İspaniya klubu ilə imzaladığı yeni anlaşmanın müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. Argentinalı futbolçu “Sevilya”da 2020-ci ilin sentyabrından çıxış edir.
Markos o vaxtdan komandada 65 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.